Baltimorda toqquşmalarda 15 polis əməkdaşı yaralanıb

Baltimorda toqquşmalarda 15 polis əməkdaşı yaralanıb
# 28 aprel 2015 04:04 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalarda 15 polis əməkdaşı yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

CNN telekanalının məlumatına görə, şəhərdə yanğınların başlandığı bildirilir. Yanğın bir neçə qeyri-yaşayış binası və talan edilmiş ticarət obyektlərini əhatə edir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR