"Embawood" Dubayda keçirilən Beynəlxalq Mebel və Aksessuar sərgisində iştirak edib - FOTO

"Embawood" Dubayda keçirilən Beynəlxalq Mebel və Aksessuar sərgisində iştirak edib - <span style="color: red;">FOTO
# 05 iyun 2015 09:30 (UTC +04:00)

Bakı - APA-Economics. 18-21 may 2015-ci il tarixləri arasında Dubay Əmirliyində "İNDEX 2015" Beynalxalq Mebel və Aksessuar sərgisi keçirilib. Almaniyanın Köln şəhərində keçirilən sərgidə olduğu kimi, bu sərgidə də Azərbaycanı təmsil edən yeganə mebel brendi "Embawood" olub.

Bütövlükdə sərgidə 50 ölkənin 700-dən artıq aparıcı brendləri iştirak edib.

Şirkətin İxracat qrupunun rəhbəri Rüstəm Alməmmədov "Embawood" məhsulları başda Dubay Əmirliyi olmaqla Səudiyyə Ərəbistan, Cənubi Afrika, Pakistan, Hindistan və Bəhreyn kimi digər müxtəlif dünya ölkələrin nümayəndələri tərəfindən çox ciddi qəbul olunub, yüksək qiymətləndirdiklərini qeyd edib.

Xatırladaq ki, şirkət 1996-cı ildə qurulub. Bazarda olduğu 19 il ərzində "Embawood" mağaza şəbəkəsi 10 ölkədə fəaliyyət göstərir, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR