Azərbaycanlı millət vəkili «Beynəlxalq Dostluq və Barış» mükafatına layiq görülüb

Azərbaycanlı millət vəkili «Beynəlxalq Dostluq və Barış» mükafatına layiq görülüb
# 13 aprel 2013 15:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın millət vəkili, «Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu» İctimai Birliyinin sədri Qənirə Paşayeva Türkiyədə səfərdədir. Səfərin məqsədi aprel 15-də İstanbulda Nurəddin Soydanın təşkilatçılığı ilə keçiriləcək «İlin ən yaxşıları» mükafatlandırma mərasimində iştirak etməkdir. Q.Paşayevanın APA-ya verdiyi məlumata görə, o, «Beynəlxalq Dostluq və Barış» mükafatına layiq görülüb.

Mükafatlandırılanlar arasında azərbaycanlı millət vəkili ilə yanaşı Ali Kırca («Show TV»), Erhan Ertürk (NTV), Nazlı Öztarhan («Star TV»), Ahmet Böken («TRT Haber»), Enver Aysever («CNN Turk»), Lokman Çağırıcı (Bağcılar bələdiyyəsinin sədri), Osman Develioğlu (Bahçelievler bələdiyyəsinin sədri), Mustafa Değirmenci (Avcılar bələdiyyəsinin sədri), Hülya Koçyiğit, Salih Güney, Ebru Şallı, Yavuz Bingöl, Serkan Çağrı, Güneri Cıvaoğlu («Fox TV»), Kadir İnanır, Gökçe Bahadır, Erkan Petekkaya, Tolqahan Sayışman, Meryem Uzerli, Orhan Gencebay, Hande Yener, Demet Akalın, Gökhan Tepe, Linet, Erol Parlak, Ceylan, Faruk Aksoy, Nilgün Belgün, Burcu Güneş kimi bir çox siyasətçi, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, sənətçi və media mənsubları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR