Müsavatın MSK-ya qarşı iddiası təmin edilməyib

Müsavatın MSK-ya qarşı iddiası təmin edilməyib
# 03 noyabr 2015 10:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının namizədlərinin adının seçki bülletenindən çıxarılmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddiaya baxılıb.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Müsavat Partiyasının iddiası qəbul edilməyib.

Partiya bəyan edir ki, məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, müsbət cavab alınmayacağı təqdirdə, bu hüququn pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

Xatırladaq ki, Müsavat Partiyası noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində iştirakdan imtina etməsinə baxmayaraq, MSK partiyanın namizədlərinin adını seçki bülletenindən çıxarmayıb. MSK bununla bağlı qərarını Seçki Məcəlləsinə uyğun olaraq qəbul etdiyini bəyan edib. Seçki Məcəlləsinə əsasən, seçkidə iştirak səsvermə gününə ən geci 10 gün qalanadək dayandırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR