Dövlət Sosial Müdafiə Fondu Kürdəmirdə regional vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu Kürdəmirdə regional vətəndaş forumu keçirib
# 03 aprel 2015 10:43 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Kürdəmirdə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dövlət qulluqçularının pensiya təminatı, fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar mövzusuna həsr olunan tədbirdə Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.

Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta pensiya sistemində davamlı inkişafa nail olunur: “Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır”.

Tədbirdə çıxış edən Fondun şöbə müdiri Fərid Baxşıyev dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirilib.

DSMF-nın əməkdaşı Emil Əfəndiyevin fondun fəaliyyət istiqamətləri barədə çıxışlardan sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə suallar cavablandırılıb, təklifləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR