Samir Şərifov Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini ilə görüşüb - FOTO

Samir Şərifov Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 01 may 2015 14:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Mitsuhiro Furusavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycan iqtisadiyyatı, cari il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, BVF ilə mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığı, iqtisadi inkişafda özəl sektorun rolunun artırıldığı qeyd olunub.

Eyni zamanda, AİB-nin Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd olunub, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR