Göyçayda kollecdə yanğın olub

Göyçayda kollecdə yanğın olub
# 12 aprel 2013 10:30 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov -APA. Göyçay rayonunda kollecdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, yanğın rayonda yerləşən İdarəetmə və texnologiya kollecində bu gün saat 12 radələrində baş verib. Hadisə yerinə FHN-nin 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib. Yanğın zamanı kollecin ikinci mərtəbəsində 40 kvadratmetr ərazidə inzibati otaqda sənədlər və inventar avadanlıqlar tamamilə yanıb. Yanğına elektrik naqillərində qısaqapanma səbəb olub. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR