Sabah Azərbaycan ərazisində 31 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycan ərazisində 31 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2015 09:55 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-23 dərəcə isti olacaq.

Oktyabrın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR