Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankı təsisçilərinin növbəti iclasında iştirak edib

Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankı təsisçilərinin növbəti iclasında iştirak edib
# 29 aprel 2015 06:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 27-28-də Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) təsisçilərinin 4-cü iclası keçirilib.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, müzakirələrdə bankın 57 təsisçi üzvü olan ölkələrdən 55-i, o cümlədən Azərbaycanın Maliyyə Nazirliyinin nümayəndələri iştirak edib.

Təsisçi ölkələrin 4-cü iclasda AİİB-nın nizamnamə layihəsi üzrə aparılan danışıqlarda geniş konsensus əldə olunub. Müzakirələr zamanı bankın nizamnamə layihəsi üzərində işlərin 2015-ci il iyun ayı ərzində tamamlanaraq təsisçi ölkələr tərəfindən imzalanması və cari ilin sonunadək Asiya İnfrastruktur İnkişaf Bankının fəaliyyətinin təmin olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR