Obama “İslam dövləti” ilə mübarizə strategiyasını açıqlayıb

Obama “İslam dövləti” ilə mübarizə strategiyasını açıqlayıb
# 11 sentyabr 2014 04:38 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk növbədə, ABŞ terrorçuların mövqelərinə zərbələr endirməyə davam edəcək. Bununla belə, ABŞ İraqda quru əməliyyatı həyata keçirməyəcək. Obama qeyd edib ki, indiyədək İraqda “İslam dövləti” qruplaşmasının mövqelərinə 150 hava zərbəsi endirilib. ABŞ prezidentinin sözlərinə görə, bu, İraq qoşunlarına yardımın göstərilməsində mühüm amil olub və dinc sakinlərin kütləvi qırğınının qarşısını alıb.

““İslam dövləti” harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacaq”, deyə Obama vurğulayıb.

ABŞ İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onlara kəşfiyyat məlumatları ilə təmin edəcəklər. Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Sonda Obama “İslam dövlətinə” qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR