Avro manata qarşı 1% zəifləyib

Avro manata qarşı 1% zəifləyib
# 10 iyun 2016 07:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% möhkəmlənərək 1,5114 manat təşkil edib.

Avro isə manata qarşı zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 0,8% ucuzlaşaraq 1,7070 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,42% zəifləyərək 0,0235 manat olub.

Türkiyə lirəsi də manata nisbətən zəifləyib. Belə ki, qardaş ölkənin milli valyutası 0,1% zəifləyərək 0,5212 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1835 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,2%-lik eniş nümayiş etdirib.

Gürcüstan larisi isə 0,03% ucuzlaşaraq 0,7096 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR