Türkiyədə hakim və prokurorların beşdə biri işdən çıxarılıb, onların həbsinə başlanıb

 Türkiyədə hakim və prokurorların beşdə biri işdən çıxarılıb, onların həbsinə başlanıb
# 18 iyul 2016 09:59 (UTC +04:00)

Bakı – APA. Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, işdən uzaqlaşdırılanların həbsinə başlanıb.

Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR