Nazirlər Kabinetinin təsdiqlədiyi 454 e-xidmətin 335-i “Elektron hökumət” portalında yerləşdirilib

Nazirlər Kabinetinin təsdiqlədiyi 454 e-xidmətin 335-i “Elektron hökumət” portalında yerləşdirilib
# 14 avqust 2015 09:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısında 41 dövlət qurumunun 454 elektron xidməti yer alıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, “Elektron hökumət” bülleteninin avqust buraxılışında əksini tapıb.

Siyahıdakı 454 e-xidmətdən 335-i “Elektron hökumət” portalında yerləşdirilib.

Təsdiq olunmuş e-xidmətlərin 397-dən qurumların öz saytlarında istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR