“Unibank”ın keçirdiyi lotereyanın qalibləri Nyu-Yorka səyahət şansı qazanır - FOTO

“Unibank”ın keçirdiyi lotereyanın qalibləri Nyu-Yorka səyahət şansı qazanır - <span style="color: red;">FOTO
# 15 aprel 2015 08:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “MasterCard” kartı olan “Albalı Plus”la cəmi 1 manatlıq alış-veriş etməklə Nyu-Yorku fəth edə bilərsiniz.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, istənilən “MasterCard” “Albalı Plus” və digər “Unibank” “MasterCard” kartları ilə aprelin 14-dən iyunun 30-dək nağdsız qaydada “Qiymətsiz Üstünlüklər” satış məntəqələrində aparılan alış-veriş zamanı POS-terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə edilən ödənişlər lotereyada iştirak edir.

Hər bir ödəniş əməliyyatı (dəyəri 1 manat və ekvivalentindən artıq olduqda) 1 uduş şansı kimi dəyərləndiriləcək.


“Qiymətsiz Üstünlüklər” satış məntəqələri aşağıdakılardır:
“MyBrands”, “İdeal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Pitstop”, “Günaydın”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Skandinaviya Evi”, “Medistyle”, “Buta Sighorta”, “Kilim Mebel”, “Puma”, “Nike”, “Garege Iskender”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Café”, “Planetarium”, “Scallezioni”, “Jasmin Wedding”, “Pəncərə”, “Mado Japan”, “Finestra”, “Sherlock beach”, “LTB”.

Lotereyanın baş mükafatı 4 gecəlik otel qonaqlaması, aeroport-şəhər-aeroport transfer xərcləri də daxil olmaqla 2 nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçinin müşayiəti ilə Nyu-York şəhər turudur. Üstəlik əsas qalibə MasterCard ilə alış-veriş üçün 1000 manat vəsait də Mastercard tərəfindən hədiyyə ediləcək. Lotereyanın 10 qalibini iPhone 6 telefonu, 20 nəfəri isə hər biri 100 manat məbləğində olan və Mastercard partnyorlarının şəbəkədaxili mağazalarında istifadə oluna bilən hədiyyə sertifikatı gözləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR