İtaliyanın Azərbaycandakı səfiri Bilik Fondunda görüş keçirib

İtaliyanın Azərbaycandakı səfiri Bilik Fondunda görüş keçirib
# 31 oktyabr 2015 10:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Prezident yanında Bilik Fondunun qonağı olub. Fonddan APA-ya verilən məlumata görə, icraçı direktor Oktay Səmədov rəhbərlik etdiyi qurum barədə səfirə məlumat verib.

Bilik Fondunun layihələrindən danışan O. Səmədov xarici əlaqələr sahəsində görülən işlərin və perspektivdə nəzərdə tutulan tədbirlərin ümumi mahiyyətini açıqlayıb.

İtaliyanın səfiri Ciampaolo Kutillo bildirib ki, onun ölkəsi Azərbaycanla dostluq münasibətindədir və bu münasibət hər ötən gün daha da möhkəmlənir.

Bu yaxınlarda İtaliyada Dövlət müşaviri, akademik Kamal Abdullayevin müəllifi olduğu “Yarımçıq əlyazma” kitabının yüksək mükafata layiq görüldüyünü xatırladan səfir İtaliya oxucusunun Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib.

Ciampaolo Kutillo Bilik Fondu ilə xüsusən də mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyin vacibliyinə toxunaraq, bir neçə təklif səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR