Nail Mərdanov: “Elektron xidmətlərə müraciət edənlərin sayı 10 milyonu keçib”

Nail Mərdanov: “Elektron xidmətlərə müraciət edənlərin sayı 10 milyonu keçib”
# 07 may 2015 10:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) “Elektron hökümət” portalına daxilolmaların aprel ayına olan hesabatı təqdim olunub.

APA-Economics” xəbər verir ki, MHM sədri Nail Mərdanov brifinq zamanı bildirib ki, artıq elektron xidmətlərə müraciət edənlərin sayı 10 milyonu keçib.

“Portala müraciət edənlərin ümumi sayı isə 1 milyon 710 min 901 nəfər olub. 1,5 milyondan çox şəxs 5 milyon 891 min 732 dəfə portala baxıb və 10 milyon 162 min 678 dəfə elektron xidmətlərə müraciət ediblər”, - deyə N. Mərdanov bildirib.

Qurum sədri bildirib ki, vətəndaşlar arasında portala maraq getdikcə artmaqdadır və aprel ayı ərzində portala müraciət edənlərin 29,1%-i yeni istifadəçilər, 70,9%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Qeyd edək ki, 2012-ci ilin dekabrından 2015-ci ilin aprel ayına kimi portala ümumilikdə 5 mln. 891 min 732 daxilolma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR