DSX rəisi Göytəpədə vətəndaşları qəbul edib - FOTO - VİDEO

DSX rəisi Göytəpədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 10:49 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev aprelin 15-də Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Sərhəd Dəstəsində Cəlilabad, Biləsuvar, Neftçala və İmişli rayonlarının sakinlərini qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı vətəndaşlar əsasən işə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və s. məsələlərlə bağlı DSX rəisinə müraciətlər ediblər.

Hər bir vətəndaşı dinləyən E.Quliyev qəbulda səslənən şikayət və təkliflərin, qaldırılan məsələlərin araşdırılması və əksər məsələlərin qanunvericiliyə uyğun həlli üçün tabeliyində olan müvafiq bölmələrə tapşırıqlarını verib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR