Bakıda daha bir küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
# 19 mart 2015 07:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR