ABŞ Dövlət Departamenti: Rusiya Donbasda hava hücumundan müdafiə sistemi yaradıb

ABŞ Dövlət Departamenti: Rusiya Donbasda hava hücumundan müdafiə sistemi yaradıb
# 23 aprel 2015 01:54 (UTC +04:00)

Bakı-APA. Rusiya Ukraynanın şərqində, qondarma Donetsk və Luqansk respublikalarının ərazisində hava hücumundan müdafiə sistemi yaradıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bəyan edib

Onun sözlərinə görə, rusiyalı hərbçilər separatçıların hərbi hazırlığı ilə məşğuldurlar. “Rusiyadan gələn hərbçilər separatçıları pilotsuz təyyarələrdən istifadə etməyə öyrədirlər. Həmçinin Donbasla sərhəddə Rusiya qoşunlarının cəmləşməsi müşahidə olunur”, deyə M.Harf vurğulayıb.

Məlum olduğu kimi, rəsmi Moskva şərqi Ukraynada qoşun və hərbi texnikaya malik olduğu barədə məlumatları təkzib edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR