Dövlət Departamenti: Türkiyə, ərazisindən Suriya və İraqa terrorçuların keçdiyi ölkə olaraq qalır

Dövlət Departamenti: Türkiyə, ərazisindən Suriya və İraqa terrorçuların keçdiyi ölkə olaraq qalır
# 03 iyun 2016 04:40 (UTC +04:00)

Bakı-APA. Türkiyə, öz ərazisindən və ərazisi üzərindən Suriya və İraqa terrorçuların keçdiyi ölkə olaraq qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə sahəsindəki vəziyyətə dair illik hesabatında bildirilir.

“Türkiyə, Suriya və İraqda bu və digər qruplaşmalara qoşulmaq istəyən əcnəbi terrorçular və silahlılar üçün mənbə və tranzit ölkədir”, - deyə sənəddə söhbətin İŞİD və “Cəbhə ən Nüsrə” qruplaşmalarından getdiyi qeyd olunub.

Bununla belə, ABŞ qeyd edir ki, Türkiyə ölkə ərazisində terror fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərlə mübarizə tədbirlərini gücləndirib.

Dövlət Departamentinin məlumatına görə, 2015-ci ildə Türkiyədən əcnəbi silahlı olduğu şübhəli bilinən 85 ölkənin 2337 vətəndaşı deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR