Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2015 23:24 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, tamaşaçılar Azərbaycanın görkəmli müğənni və bəstəkarı Müslüm Maqomayevin məşhur mahnısını sürəkli alqışlarla müşayiət ediblər.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən “Sloveniya Günü” çərçivəsində sərgi və konsert proqramı təşkil olunub. Tədbirin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq Azərbaycanda ilk dəfə keçirilən “Sloveniya Günü”nün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek isə çıxışında bildirib ki, belə tədbirlər Azərbaycan və Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, səfir Milan Yazbek, Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev və qonaqlar daha sonra Peter və Joze Ciuhaların əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə müəlliflərin abstraksiya, müasir incəsənət janrlarında akvarellə çəkilmiş rəsmləri, eləcə də kompüter qrafikasının köməyi ilə işlənmiş əsərləri nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları, Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Qrup üzvləri tamaşaçılara həm Sloveniya, həm də müxtəlif dillərdə mahnılar təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR