Bank Of Baku

Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb

Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb
# 21 noyabr 2026 13:58 (UTC +04:00)

Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda İstanbuldan meyit aparan mikroavtobusun aşması nəticəsində 31 nəfər xəsarət alıb.

Bu barədə “Demirören Haber Ajansı” məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında baş verib. İstanbuldan Amasyanın Hasanbeyli kəndinə dəfn mərasimi üçün meyit aparan Sultangazi bələdiyyəsinə məxsus mikroavtobus Gözlek kəndi ərazisində yağış səbəbindən sürüşkənləşən yolda idarəetmədən çıxaraq aşıb.

Amasya valiliyinin açıqlamasına görə, qəza nəticəsində 27 nəfər yüngül, 4 nəfər isə orta dərəcəli xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR