Bakı – APA. Rusiyanın Kalmıkiya Respublikasında baş verən yanğında üç uşaq ölüb.
APA-nın xəbərinə görə, Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib.
Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.
Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb.
Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub.
Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik məlumat verilmir.