İrəvanda aksiya keçirən etirazçılar bu gün Serj Sarkisyanın təklifinə cavab verəcəklər

İrəvanda aksiya keçirən etirazçılar bu gün Serj Sarkisyanın təklifinə cavab verəcəklər
# 28 iyun 2015 03:58 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan ilə danışıqlar zamanı etirazçıların Əlaqələndirici Qrupunun rəhbəri Vaqinak Şuşanyan bildirib.

“Bizim irəli sürdüyümüz tələblərdən elektrik enerjisinin bahalaşmasına dair qərarın ləğv olunması yerinə yetirilməyib, həmçinin iyunun 23-də səsləndirdiyimiz tələb – aksiyanın dağıdılması zamanı zor tətbiq edənlərin məsuliyyətə cəlb olunması da təmin edilməyib. Bu səbəbdən biz ümumi müzakirə keçirərək vahid qərarla çıxış etmək niyyətindəyik”, deyə Şuşanyan bildirib.

İrəvan polisinin rəis müavini Valeri Osipyan isə bildirib ki, aksiya dinc olsa da, qanunsuzdur və bu səbəbdən təşkilatçıları qanuna zidd addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan prezidenti etirazçıları problemləri birgə həll etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR