Azərbaycan millisinin sabiq futbolçusu Serbiya klubu ilə anlaşıb

Azərbaycan millisinin sabiq futbolçusu Serbiya klubu ilə anlaşıb
# 07 iyul 2015 10:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, milliləşən serbiyalı hücumçu yenidən vətənində çıxış edəcək.

33 yaşlı futbolçu Belqradın OFK klubu ilə ilkin razılıq əldə edib. Subaşiç bu günlərdə yeni komandasına qoşulacaq.

Əsasən gənclərdən təşkil olunan paytaxt təmsilçisi Subaşiç kimi təcrübəli futbolçunu heyətinə qatmaqla ön xətti gücləndirmək niyyətindədir. Həm də gənclərlə təcrübəlilərin sintezini yaratmaq fikrində olan OFK rəhbərliyi bu istəyini Branimirlə gerçəkləşdirmək arzusundadır.

Qeyd edək ki, millimizdə 40 oyuna 7 qol vuran Subaşiçin son klubu Türkiyə təmsilçisi “Manisaspor” olub. Bunadək isə Branimir vətənində “Jeleznik”, “Sremniçka”, “Srvena Zvezda”, Belçikada “Ostende”, Ukraynada “Çernomorets”, Rusiyada “Amkar”, Fransada “Bove”, Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, Çində “Çançun Yatay”, Türkiyədə “Orduspor”un şərəfini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR