Formula 1-ə bilet əldə etmiş şəxslər sabahdan Azərbaycanın hava limanlarında viza ala biləcəklər

Formula 1-ə bilet əldə etmiş şəxslər sabahdan Azərbaycanın hava limanlarında viza ala biləcəklər
# 09 iyun 2016 08:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər sabahdan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 3 mart 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər bilet əsasında iyunun 10-dan 20-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR