Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçiriləcək
# 09 iyun 2016 15:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 11-də Gənc Tamaşaçılar Teatrında “Qohumlar” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kalmıkiya Respublikası Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin hazırladığı tamaşa kalmık dramaturq Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.

İki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.

İkihissəli müzikldə xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov və başqaları iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR