Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə Türkiyədə şənliklər təşkil edib

Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə Türkiyədə şənliklər təşkil edib
# 06 oktyabr 2014 20:42 (UTC +04:00)

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.

İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra Azərbaycan diasporunun nümayəndələrinin, müxtəlif qeyri-hökumət təşkilatları rəhbərlərinin çıxışları olub.

Hər iki tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələri təmsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR