Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşib

Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşib
# 21 aprel 2015 23:14 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçılar Barselona və Münhendə bəlli olub.

“Barselona” – PSJ cütünün qalibinə böyük ölçüdə aydınlıq gəlmişdi. Belə ki, Parisdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan kataloniyalılar yarımfinal mərhələsinin bir addımlığında idi. İspaniyaya itkilərlə yollanan PSJ “Nou Kamp”da yalnız möcüzəyə ümid etsə də, bu reallaşmayıb. "Barselona" ikinci görüşdə də sevinən tərəf olub və nüfuzlu turnirin yarımfinalına adlayıb.

Günün digər qarşılaşmasında isə “Bavariya” “Porto”nu qəbul edib. İlk oyunda qeydə alınan nəticə matça marağı bir qədər də artırmışdı. Portuqaliyada gözlənilmədən rəqibinə uduzan “Bavariya” öz meydanında həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Münhen təmsilçisi görüşün əvvəlindən sonuna kimi diqtə edib və "Porto"ya biabırçı məğlubiyyət yaşadıb (6:1).

21 aprel

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 2:0

Qollar: Neymar, 14; 34

İlk oyun: 3:1

“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) - 6:1

Qollar: Alkantara, 14; Boatenq, 23; Levandovski, 27; 40; Tomas Müller, 36; Xabi Alonso, 88 - Martinez, 73

İlk oyun: 1:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR