“Amrahbank” “Səxavətli kredit” kampaniyasının qaliblərini təbrik edib

“Amrahbank”  “Səxavətli kredit” kampaniyasının qaliblərini təbrik edib
# 01 avqust 2014 12:47 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 05.06.2014-18.07.2014-cü il tarixləri ərəfəsində “Amrahbank”da “Həm əliniz, həm də cibiniz dolu olsun” şüarı altında “Səxavətli kredit” adlı uduşlu kredit kampaniyası keçirilib.

Bankdan “APA-Econoimics”ə verilən xəbərə görə, bu müddət ərzində həm istehlak, həm də mikro biznes kreditləri alan hər bir müştəriyə uduşlu kuponlar təqdim edilib.

Kampaniyanın müddəti bitdikdən sonra uduş fondu 28 000 manata yaxın olan lotereyada 450 nəfər qalib gəlmiş müştərilərin adları, xüsusi seçilmiş tiraj komissiyasının birbaşa iştirakı ilə lototrondan kuponların çıxarılması ilə müəyyən olunub. Onlardan 10 nəfəri “Samsung” markalı televizorlar, 15 nəfəri “Samsung” markalı planşetər, 15 nəfəri “Sony-Xperiya” markalı mobil telefonlar, 10 nəfəri “Canon” markalı fotokameralar, 400 nəfəri isə avtomobil üçün günlüklər və USB-lər qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR