Moqadişoda inzibati binaya hücum nəticəsində 15 nəfər ölüb

Moqadişoda inzibati binaya hücum nəticəsində 15 nəfər ölüb
# 14 aprel 2015 22:58 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqadişoda “Əş Şəbab” terror qruplaşmasının silahlılarının hökumət binasına hücumu nəticəsində 15 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Qeyd edək ki, Moqadişoda Ali Təhsil və Neft Nazirliklərinin yerləşdiyi binanın qarşısında iki partlayış törədilib. Partlayışdan sonra silahlılar təhlükəsizlik əməkdaşlarına atəş açaraq təhsil kompleksinə soxulmağa cəhd ediblər.

Bir saat davam edən atışma nəticəsində silahlılar geri çəkilməyə məcbur olublar, onlardan dördü öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR