Göyçayda minik və yük maşınları toqquşub, ağır yaralılar var - FOTOSESSİYA - VİDEO

Göyçayda minik və yük maşınları toqquşub, ağır yaralılar var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 15:16 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi 23-BD-588 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını qarşı tərəfdən gələn Çayarxı sakini, 1995-ci il təvəllüdlü Mikayılov Murad Əsəd oğlunun idarə etdiyi 23-BX-353 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və minik maşınının sərnişini - 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR