BMT: İŞİD-in hücumundan sonra İraqın Ər-Ramadi şəhərini 25 min nəfər tərk edib

BMT: İŞİD-in hücumundan sonra İraqın Ər-Ramadi şəhərini 25 min nəfər tərk edib
# 18 may 2015 22:48 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının hücumundan sonra İraqın Ər-Ramadi şəhərini 25 min nəfər tərk etmək məcburiyyətində qalıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bildirib.

Qeyd olunur ki, məcburi köçkünlərin əksəriyyəti paytaxt Bağdada üz tutub. BMT həmçinin məcburi köçkünlər üçün nəzərdə tutulmuş fondlarda maliyyə vəsaitlərinin tükəndiyini vurğulayıb.

Xatırladaq ki, mayın 17-də “İraq Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR