Azərbaycandan Rusiyaya bu ölkənin aksiz markalarının keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya bu ölkənin aksiz markalarının keçirilməsinin qarşısı alınıb
# 02 avqust 2014 07:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycandan Rusiyaya bu ölkənin aksiz markalarının keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsmayılovun idarə etdiyi “Volkswagen Crafter” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525000 ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR