"Azərbaycanda yas mərasimlərini qanunla tənzimləmək mümkün deyil. Elə qanun layihələri var ki, həmin layihələr bizim cəmiyyətdə qəbulolunmazdır". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA TV-yə açıqlamasında deyib. Dəfn xərclərinin dövlətin müvafiq qurumları və yaxud bələdiyyələr tərəfindən çəkilməsi məsələsinə gəlincə, millət vəkili hesab edir ki, bu şəriət qanunlarına əsaslanmalıdır.
"Şəriət qanunlarında insanın doğmalarının və əzizlərinin dəfn xərcinin digərləri tərəfindən ödənilməsi yoxdur. Ölü şəriət qanunları ilə dəfn edilir. Bütün hallarda dinimizdə israfçılıq qəbul olunmazdır. Əslində isə hüzr mərasimi keçirilərkən ölü sahibləri, yerli icra nümayəndələri və mollar arasında ümumi razılıq olmalıdır ki, normal tənzimlənmə olsun".
“Qəbiristanlıqlar və ölü basdırma haqqında” qanun layihəsinin qəbulunun mümkünlüyünü deyən Hadı Rəcəbli vurğulayıb ki, həmin qanunda qəbir yerlərinin ayrılması və digər məsələlər öz əksini tapa bilər.
"Qəbiristanlıqların hansı quruma təhkim olunması aydınlaşmalıdır. Məsələn, bu ərazilərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, bələdiyyələrə və yaxud da icra hakimiyyətlərinə aidiyyəti müəyyənləşməlidir. Məhz bundan sonra baş daşlarının forması, qəbir yerlərinin görünüşü ilə bağlı yekdil qərar ola, bununla bağlı direktiv sənəd hazırlana bilər. Bu, dünya təcrübəsində də mövcuddur".
Komitə sədri mərasimlərlə bağlı məsələlərin MM gündəliyində olduğunu deyib.
Hadı Rəcəbli: “Azərbaycanda yas mərasimlərini qanunla tənzimləmək mümkün deyil” - VİDEO
![Hadı Rəcəbli: “Azərbaycanda yas mərasimlərini qanunla tənzimləmək mümkün deyil” - <span style="color: red;">VİDEO](https://apa.az/storage/news/2014/september/16/big//upload/images/news/2014/september/16/big/d48904207bf0ffb601f6f4d55961a5a0.jpg)
Sosial
![Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib](https://apa.az/storage/news/2024/june/26/big/667baf78cb4ac667baf78cb4ad1719381880667baf78cb4aa667baf78cb4ab.jpg)
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 348 min xidmət göstərilib
![Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/25/big/667af4d30121e667af4d30121f1719334098667af4d30121a667af4d30121c.jpg)
Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - FOTO
![Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib](https://apa.az/storage/news/2024/june/25/big/667adebbe7b84667adebbe7b8517193284432a5c3d6302ff2466f8e429da30c0062d.jpg)
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib
![FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub](https://apa.az/storage/news/2024/june/25/big/667ab979b7e37667ab979b7e381719318905667ab979b7e35667ab979b7e36.jpg)