Nazirlik: "Şəhər turu" layihəsi 16 min yerli və xarici qonağa xidmət göstərib

Nazirlik: "Şəhər turu" layihəsi 16 min yerli və xarici qonağa xidmət göstərib
# 18 dekabr 2014 15:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin "Şəhər turu" layihəsi fəaliyyətə başladığı dövrdən təxminən 16 min yerli və xarici qonağa xidmət göstərib.

Nazirlikdən APA-ya verilən məlumata görə, turun təqdimatı aprelin 3-dən 5-dək keçirilən "AİTF" beynəlxalq turizm sərgisi çərçivəsində prezident İlham Əliyevin iştirakı ilə Bakı Expo Mərkəzində keçirilib: “Dünyanın 33 ölkəsinin 104 şəhərində fəaliyyət göstərən "City Sightseeing Worldwide" şirkətinin rəhbərliyi də bu tədbirdə iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi təkliflər əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Şəhər turu"nun marşrut xətti və dayanacaqları təsdiq edilib. 15 dayanacaq nöqtəsi yaradılıb ki, bura Azadlıq meydanı, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız qalası, "Four Seasons" mehmanxanası və başqa məkanlar daxildir”.

Nazirlikdən əlavə ediblər ki, "Şəhər turu" marşrutunun uzunluğu 23 km, turun müddəti isə 1 saat 30 dəqiqə təşkil edir: “Şəhər turu”ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audioqid sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR