Şəmkirdə 4 otaqlı evdə yanğın olub

Şəmkirdə 4 otaqlı evdə yanğın olub
# 27 iyun 2016 01:06 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Muxtariyyə kəndində vətəndaşa məxsus ümumi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin damının taxta atmaları 100 kv.m sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR