Bakı. Hafiz Heydərov – APA. Kəlbəcər sakini Kür çayında batıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 17-də Kəlbəcər rayon sakini Elməddin Abdurrəhmanov Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyitin sudan çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.