“Dəmirbank” Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb

“Dəmirbank” Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
# 01 sentyabr 2014 14:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, anlaşma memorandumunda KBTM və “Dəmirbank” ASC arasında kapital bazarları sahəsində birgə həyata keçiriləcək müştərək layihələrin hazırlanması, habelə elmi-praktik konfransların təşkil olunması nəzərdə tutulur.

Memorandumda kapital bazarlarının tədrisi sahəsində əməkdaşlıq, qiymətli kağızlar bazarında tədrisin təşkili, informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması və birgə əməkdaşlıq münasibətləri prioritet kimi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR