Ərəstu Həbibbəyli: “Ermənistanın işğalçılıq siyasəti Ermənistanın özünə də ziyan vurur”

Ərəstu Həbibbəyli: “Ermənistanın işğalçılıq siyasəti Ermənistanın özünə də ziyan vurur”
# 07 may 2015 07:36 (UTC +04:00)

APA-nın mәlumatına görә, bu sözlәri “Cәnubi Qafqaz vә Mәrkәzi Asiya ölkәlәri İpәk Yolu iqtisadi kәmәri kontekstindә” adlı tәdbirdә Prezident Administrasiyasının Xarici әlaqәlәr şöbәsinin müdir müavini Әrәstu Hәbibbәyli deyib.

Ə. Həbibbəyli bildirib ki, Qafqaz bu nәqliyyat dәhlizindә әn mühüm regiondur: “Bu istiqamәtdә regionun tәşәbbüsü olan Bakı-Tbilisi-Qars dәmir yol xәtti yaxın vaxtlarda istifadәyә verilәcәk. Azәrbaycan bu layihәdә öz öhdәliklәri ilә bәrabәr Gürcüstana kredit verәrәk dünyaya donor Azәrbaycanı tәqdim edib. Bu layihә yeni dәmir İpәk Yolu olacaq. Bütün bu layihәlәr sülh demәkdir. Yolların olması tәhlükәsizliyin olmasıdır. Amma tәәssüf ki, bu niyyәti regionda digәr ölkәdәn, yәni Ermәnistandan görmürük. Ermәnistanın işğalçılıq siyasәti bu gün dә davam edir. Beynәlxalq hüquqa mәhәl qoyulmur. Bu, Ermәnistan xalqının özünә dә xәlәl gәtirir. Azәrbaycanın isә günbәgün inkişaf etmәsi göz qabağındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR