Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

 Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək
# 23 sentyabr 2014 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA - ya verilən məlumata görə, sentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşü zamanı bununla bağlı müzakirələr aparıb.

Nazir müavini bildirib ki, 2000-ci ildən başlayaraq Avstriya-Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçib. O, 2003-cü ildə Avstriyada Qız qalası abidəsinin açılışının olduğunu, 2006-cı ildə Vyanada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığını və dahi bəstəkarın "Aşın mal alan" operettası səhnəyə qoyulduğunu xatırladıb.

Ə. Vəliyev həmçinin Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsini, Vyananın musiqi kollektivlərinin Üzeyir Hacıbəyli və Qara Qarayev adına beynəlxalq musiqi festivallarında, eləcə də Qəbələ musiqi festivalında iştirakını, azərbaycanlı bəstəkar Əyyub Quliyevin Vyana kamera orkestri ilə birgə çıxışını, Avstriya bəstəkarı Arnold Şönberqin "İntizar" monodramının Bakıda tamaşaya qoyulmasını yada salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR