Kvemo Kartlidə "Gürcüstanda orta və kiçik müəssisələrin inkişafı" layihəsinin təqdimatı keçirilib

Kvemo Kartlidə "Gürcüstanda orta və kiçik müəssisələrin inkişafı" layihəsinin təqdimatı keçirilib
# 15 aprel 2015 19:25 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Marneulidə dövlət proqram ilə bağlı Bolnisi, Marneuli və Dmanisi rayonlarından gələn fermerlər və yerli sakinlərlə görüş keçirilib. Tədbiri Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili açıb. Sonra Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyinin nümayəndəsi, Sahibkarlığın İnkişaf Agentliyinin rəhbəri Georgi Tsikolia "Gürcüstanda orta və kiçik müəssisələrin inkişafı" adlı layihənin təqdimatını keçirib. Təqdimatda qeyd olunub ki, dövlətin ayırdığı vəsait ilə yerli əhali özlərinin biznesini təşkil edə bilərlər, yekunda bu biznes regionun inkişaf etdirilməsinə səbəb olacaq.

Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında layihə üçün 20 milyon lari məbləğində vəsait ayrıldığını bildirib: "Layhə çərçivəsində orta və kiçik sahibkarlar biznes layihə yazıb ayrılan məbləğdən səmərəli istifadə edə bilərlər. Düşünürəm ki, bu məbləğ 600 nəfər sahibkarın biznes layihəsinin inkişafına dəstək olacaq. Layihə çərçivəsində Marneulidə və digər rayonlarda kənd təsərrüfatının inkişaf etdirilməsi burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR