TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradıb

TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradıb
# 14 may 2015 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqənin nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apellyasiya komissiyası bu gün saat 10-da Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyətə başlayıb, sabah saat 17:00-dək fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR