Fransada aviadispetçerlərin 48 saatlıq tətili başlayıb

Fransada aviadispetçerlərin 48 saatlıq tətili başlayıb
# 08 aprel 2015 09:32 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, aviadispetçerlər pensiya yaşının artırılmasına və əmək şərtlərinə qarşı etiraz edirlər.

Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya aviauçuşların qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı xahiş edib.

Aprelin sonunadək aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün tətil etmək fikrindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR