Azərbaycanda istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlanıb

Azərbaycanda istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlanıb
# 16 mart 2015 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu il fevral ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, monitorinq ticarət şəbəkələrindən seçilmiş ümumilikdə 43 adda məhsullar arasında aparılıb. Yoxlanılan 20 məhsul yerli istehsal, 23 adda isə xarici istehsaldır.

Belə ki, yoxlanılan 7 adda çörək və makaron məmulatlarından 3 adda yerli məhsul, 4 adda xarici məhsul olub. Yoxlanılan 13 adda ət məhsullarından 10-u yerli, 3 adda isə xarici məhsul təşkil edib. 5 adda süd məhsullarından 2-si yerli, 3-ü isə xaricdə istehsal edilən məhsullar olub.

Bundan başqa, unlu qənnadı məmulatlardan 6 adda məhsul olub ki, bunun da hamısı xarici məhsullar olub. Yoxlamalar aparılan 2 adda alkoqolsuz içkilər arasında 2 adda yerli məhsul mövcud olub.

İki adda şəkərli qənnadı məmulatlarından ikisi də xarici məhsul, 2 adda konservləşdirilmiş məhsulların da hamısı xarici məhsullar olub.

Həmçinin yoxlamalar zamanı 6 adda müxtəlif qablaşdırılmış məhsullar arasında 3 adda yerli məhsul, 3 adda xarici məhsul mövcuddur.

Məlumata görə, yoxlanılan məhsulların aparılan analizlərin nəticələri göstərir ki, 39 adda və ya 90,7% adda məhsulun analiz cavabları müsbət olub. 4 adda və ya 9,3% məhsulun analiz nəticələri mənfi çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR