SOCAR: Neftin ucuzlaşması "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına əngəl olmayacaq

SOCAR: Neftin ucuzlaşması "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına əngəl olmayacaq
# 13 mart 2015 10:07 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Financial Times" qəzetində dərc olunan məqaləsində qeyd edib.

"Bu layihənin reallaşdırılmasına görə, SOCAR bəzi layihələrini gecikdirir, həmçinin təxirə salır", - deyə E. Nəsirov qeyd edib.

Vitse-prezident əlavə edib ki, neftin ucuzlaşması fonunda SOCAR "Şahdəniz Mərhələ 2" layihəsindəki payının maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa başlayıb. SOCAR rəsmisinin sözlərinə görə, şirkət layihədə iştirakını öz vəsaitlərindən, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun resurslarından istifadə etməklə təmin edəcək.

Bununla yanaşı, E. Nəsirov qeyd edib ki, digər problem "Yunanıstanın yeni hökumətindədir ki, onlar layihədə tranzit ölkə kimi iştirak şərtlərinin yenidən baxılmasına çalışır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR