Fevralda daşınmaz əmlakın icbari sığortası üzrə 14 minə yaxın müqavilə bağlanıb

Fevralda daşınmaz əmlakın icbari sığortası üzrə 14 minə yaxın müqavilə bağlanıb
# 04 mart 2015 13:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevral ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 14,218 mindən çox sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, cari ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 448, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 712, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 58 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 3 807,506 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 49 200 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11 002 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 57% artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 5,8 dəfə artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76,03%-i yaşayış evləri və mənzillər, 0,42%-i inzibati binalar, 23,55%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR