Bakıda 25 yaşlı oğlan intihar edib

Bakıda 25 yaşlı oğlan intihar edib
# 10 avqust 2015 13:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

P. Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR