Sergey Lavrov: “Ukraynanın NATO və Avropa İttifaqına üzvlük perspektivinə baxılmır”

Sergey Lavrov: “Ukraynanın NATO və Avropa İttifaqına üzvlük perspektivinə baxılmır”
# 20 may 2015 11:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Ukraynanın NATO və Avropa Birliyinə üzvlük perspektivinə baxılmır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.


“Bu yaxınlarda Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçirildi və yekun sənəd imzalandı. Həmin sənəddə Ukraynanın Aİ-yə üzvlük perspektivi haqqında bircə söz də yox idi. Bu günlərdə Brüsseldə Ukrayna-NATO Komissiyasının iclası keçirildi. Həmin iclasda da sənəd qəbul olundu. Sənəddə Ukraynanın NATO-ya daxil olacağı barədə heç bir vəd verilmir”, - deyə nazir Federasiya Şurasındakı çıxışında bildirib.


S. Lavrovun sözlərinə görə, Rusiyanın Aİ və NATO ilə əlaqələri Ukraynanın bu iki təşkilata üzvlük perspektivinə baxılmadığını təsdiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR