Qobustanda 10 hektar biçilmiş taxıl sahəsi yanıb

Qobustanda 10 hektar biçilmiş taxıl sahəsi yanıb
# 18 avqust 2015 03:31 (UTC +04:00)

Bakı-APA. Qobustanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Ərəbşalbaş kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR